Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Google Play-də banklar üçün zərərli proqramlar aşkar edilib
Tarix: 08-05-2016 | Saat: 23:25
Bölmə:Karusel / İqtisadiyyat / Dünya / M2 / Texnologiya | çapa göndər

Google Play-də banklar üçün zərərli proqramlar aşkar edilib
PhishLabs şirkətinin mütəxəssisi Joshua Shilko Google Play Store-un rəsmi kataloqunda məşhur kredit kartı şirkətlərini və mobil ödəniş xidmətlərini imitasiya edən zərərli bank proqramları aşkar edib.

Bu tətbiqetmələr müştərilərin şəxsi məlumatlarını mənimsəyir və onları cinayətkarlara göndərirlər. Ümumilikdə Shilko 11 belə proqram aşkar etmişdir.

Ekspertin sözlərinə görə, bu proqramlar sadə, lakin effektiv funksiyaya sahibdirlər və avtorizasiyanın orijinal lövhəsini saxtası ilə əvəz edərək müştərilərin şəxsi məlumatlarını ələ keçirirlər. Əldə edilən bu məlumatlar isə kibercinayətkarlara göndərilir. Daha sonradan ekranda əlavə məlumatların daxil edilməsi üçün yeni pəncərələr peyda olur. Son nəticədə ekranda yeni pəncərə yaranır və yığdığınız şifrənin yanlış olduğunu, onu yenidən daxil etmənizi tələb edir.
Bir çox əlamətlərə görə, bu tətbiqetmələrin müəlliflik hüququ eyni bir şəxsə və yaxud bu işlə məşğul olan eyni bir qrupa aiddir. Bu faktı isə Google Play Store-da eyni gündə oxşar adlara, lakin müxtəlif şirkətlərə istiqamətlənmiş çoxsaylı tətbiqetmələrin peyda olması təsdiq edir.
banker.az


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___