Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu siyasətin tarixi kökləri var – Kamal Abdulla
Tarix: 07-05-2016 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bu siyasətin tarixi kökləri var – Kamal Abdulla
Azərbaycanda multikulturalizm siyasətinin qədim qaynaqları var və Alban, eləcə də digər dövlətlərimizdə multikultural və tolerant cəmiyyətlər mövcud olub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda təşkil etdiyi XIII konfransdakı çıxışında deyib.

Kamal Abdulla Şirvanşahlar dövlətindən, Səfəvi imperiyasından başlayaraq Azərbaycan Respublikasınadək ölkəmizdə qurulan bütün dövlətlərdə tolerant-multikultural dəyərlərin və cəmiyyətin olduğunu, digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərildiyini vurğulayıb. O, bütün bunları multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olmasının göstərici kimi dəyərləndirib:

“Ulu Öndər özünə qədər olan multikultural və tolerant dəyərləri dövlət siyasətinə çevirdi və bu siyasət bu gün də davam etdirilir”.

Dövlət müşaviri dünyada multikulturalizmin dərin böhran içində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırış kimi qiymətləndirib. Vurğulayıb ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___