Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dələduz qadın tutuldu - Məktəb müəlliməsidir
Tarix: 07-05-2016 | Saat: 02:33
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda dələduz qadın tutuldu - Məktəb müəlliməsidir
Bakıda dələduzluq maddəsi ilə axtarışda olan qadın saxlanılıb.
"Xəbəraz.az " ans press-ə istinadən məlumatına görə, Bakı şəhəri Binəqədi rayon sakini Əbilova Validə Əsəd qızı özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən "Caspian Shop" Ticarət Mərkəzində qızıl zinnət əşyalarının satışı ilə məşğul olan İsmayılov Məharət İzzətəli oglu, Hüseynova Leyla Hüseyn qızı, Bağırova Samirə Səxavət qızı, Əbilov Əbil Cəmil oğlu İbişov İlham Qiyas oğluna qarşı dələduzluq edib.

Validə Əbilova 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl zinnət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov rayon polis idarəsinə Əbilova barəsində şikayət ediblər. Validə Əbilova zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını Əsədovaya dəyişib. Lakin buna baxmayaraq rayon hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər.

Validə Əbilova (Əsədova) Binəqədi rayonunda yerləşən orta məktəblərdən birində müəllimədir. Qadın barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq Validə Əbilovanın digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir.

Qadının əməllərindən zərər çəkmiş insanlardan Nəzrimanov polis idarəsinə müraciət etmək xahiş olunur.


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___