Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hövsan qəbiristanlığında rəzalət
Tarix: 07-05-2016 | Saat: 00:16
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Hövsan qəbiristanlığında rəzalət


Bakı şəhərində, eləcə də ətraf qəsəbə və kəndlərdəki acınacaqlı durum haqqında indiyə qədər çox yazılıb, çox deyilib. Ancaq vəziyyət nəinki düzəlir, əksinə daha da pisləşir. Bu baxımdan Hövsan qəsəbəsindəki vəziyyəti əməlli-başlı rəzalət adlandırmaq olar. Belə ki, bu ərazi mərkəzdən xeyli uzaqda yerləşməsinə baxmayaraq, orada qəbir yerlərinin qiyməti “ceyran belinə çıxıb”. 2-3 kvadrat metrlik bir qəbir yeri 500-600 manata, bəzən isə daha yüksək qiymətə satılır.

Bir az əvvəl rayonlarda, eləcə də Bakıda yas mərasimlərində yeməyin verilməyəcəyinə dair məlumatlar ölkədə sensassiya yaradanda təəssüf hissi ilə qeyd edək ki, Bakıda pul ilə satılan qəbir yerlərindən danışılmadı. Bu məsələnin üstündən sükutla ötüldü. Əslində yas mərasimləri ilə bağlı qayda-qanun yaratmaq istəyirdiksə, ilk əvvəl qəbir yerlərinin pul ilə satılması məsələsini qadagan edərdilər. İnsan ölür, son mənzilə yola salınır, ölünün çətin durumda olan sahibindən qəbir yerinə görə rüşvət istənilir. Dünyada bizə başucalığı gətirməyən belə məsələləri yığışdırmaq lazım gəlirdi.

Faktinfo.az saytının əməkdaşı bu yaxınlarda utancverici belə bir mənzərənin şahidi olub. Belə ki, mərhum bir şəxsin dəfni zamanı mərasim başa çatar-çatmaz qəbiristanlıq işçisi əyilərək ölü yiyəsinin qulağına pıçıldayıb ki, “müdiri gör”. Bunun açması odur ki, ay ölü yiyəsi, dünyasını dəyişmiş əzizini bu torpaqda basdırdığına görə, qəbiristanlığın girişindəki otaqda oturan “müdir”ə 600 manat apar ver. Abrına qısılan ölü yiyəsi də məcbur olub həmin məbləği ödəyib.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Cavanşir Tağıyev son vaxtlar qəbiristanlıq müdirlərinə bir neçə dəfə ciddi xəbərdarlıq edib və insanları incitməməyi tapşırıb. Ancaq görünür, bu xəbərdarlıqdan nəticə çıxarmayanlar hələ də var. Deməli, daha ciddi addımlar atmaq, məsələni mötəbər dairələrdən həll etmək lazım gəlir.


Xəbəri paylaş

9098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___