Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Can Dündara sui-qəsdlə bağlı yeni xəbər - Yeniləndi
Tarix: 06-05-2016 | Saat: 20:02
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Can Dündara sui-qəsdlə bağlı yeni xəbər - Yeniləndi

Türkiyənin İstanbul şəhərində Çağlayan Ədliyyə binasının önündə tanınmış jurnalist Can Dündara sui-qəsd cəhdi olub.
"Xəbəraz.az " xəbər verir ki, jurnalistə iki dəfə atəş açılsa da, güllələr ona dəyməyib.

Lakin hadisə yerində olan NTV-nin Yavuz Şenkal ayağından yüngül yaralanıb.

Olayı törədən şəxsin yaxalandığı bildirilib.

Can Dündar hadisənin onu qorxutmaq məqsədilə törədildiyini deyib:

“Xəsarət almamışam. Məhkəmədən çıxan zaman olay baş verdi. Atəş açanı görmüşəm. Lakin onun kim olduğunu bilmirəm”.

Xatırladaq ki, sözügedən jurnalistə qarşı “dövlət sirrini yaymaq” maddəsi ilə cinayət işi qaldırılıb.

Onun 25 il azadlıqdan məhrum edilməsi ilə bağlı iddia qaldırılıb.

19:55

Türkiyənin məşhur jurnalisti Can Dündara sui-qəsd həyata keçirməyə cəhd edən şəxsin kimliyi bəlli olub.

Axar.az xəbər verir ki, atəş açanın 40 yaşlı Murad Ş. adlı şəxs olduğu müəyyən edilib.

Polis bölməsinə aparılan təqsirkarın keçmişdə bir sıra cinayətlər törətdiyi məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___