Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa..."
Tarix: 06-05-2016 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa..."
Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur.

ANS-in məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verilib.

Azərbaycanda həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil. Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur. Həmçinin dövlət onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili deyib ki, həbsxanadakı insanlar məcburi müalicəyə göndərilməlidir.

“Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”,- millət vəkili bildirib.


Xəbəri paylaş

5938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___