Gürcüstandakı soydaşlarımızla bağlı təklif
Tarix: 06-05-2016 | Saat: 12:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Gürcüstanda yüz minlərlə Gürcüstan əsilli azərbaycanlı yaşayır, onların çoxu 3 aydan bir Azərbaycana gəlir, qayıdır. Bu şəxslər Azərbaycanda olarkən “Asan xidmət” mərkəzlərində, yaxud miqrasyia qurumlarında müvəqqəti qeydiyyata düşməlidirlər. Lakin bir çox azərbaycanlılar zamanında müvəqqəti qalma yeri ilə bağlı qeydiyyata düşmədikləri üçün cərimələnir, Azərbaycana gəlişinə qadağa qoyulur”.
“ "Xəbəraz.az ” xəbər verir ki, bunu millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov parlamentin bu gün plenar iclasında dilə gətirib. Ə. Amaşov təklif edib ki, problemin aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində Miqrasiya Xidmətinin müvafiq əməkdaşları da fəaliyyət göstərməsini, yerində qeydiyyatla bağlı məsələni həll etsin.
Ə. Amaşov bundan əlavə, Gürcüstanda qadağan olunan, ancaq Azərbaycanda qadağan edilməyən bir sıra dərman vasitələrinin Gürcüstana gedən azərbaycanlılar tərəfindən aparılması zamanı ciddi problemlərlə üzləşdiklərini, polis şöbələrində sorğu-suala məruz qaldıqlarını və cərimələndiklərini nəzərə çatdırıb. O, bu problemin həlli üçün iki ölkə arasında ölkələrdə qadağan edilən və edilməyən dərman vasitələri barədə məlumat mübadiləsinin zəruri olduğunu vurğulayıb. Spiker Oqtay Əsədov isə Gürcüstan əsilli azərbaycanıların sərhəd-keçid məntəqələrində qeydiyyatla bağlı Miqrasiya Xidmətinin əməkdaşlarının fəaliyyəti ilə bağlı məsələyə baxılmasını mümkün sayıb.
Xəbəri paylaş
6288 dəfə oxunub.
Digər xəbərlər

21-06-2016, 13:05
Rusiya Hələbə fosfor bombası yağdırdı - Video
30-06-2022, 12:20
Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"
27-03-2019, 23:43
Dünyanın ən bahalı futbolçuları - Ronaldo siyahıda yoxdur
16-09-2019, 09:33
Əli Həsənov Nuru paşadan yazdı
17-05-2017, 16:05
İslamiada: Voleybol yığmamız yarımfinala yüksəldi
15-04-2018, 13:10
Seçicilərin 86,02 faizi İlham Əliyevə səs verib-Yekun Nəticə
7-08-2021, 12:31
Dağıdılmış Şəhid bulağının sifarişçiləri kimlərdir?... - İlginc gəlişmə VİDEO//FOTO
11-08-2015, 12:18
Göygölə girişin qiyməti açıqlandı – FOTO
8-03-2016, 00:11
Kreditini ödəmədi, maaş kartı bloklandı - Video
28-02-2022, 13:09
Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞI