Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bununla erməni xislətini göstərəcəyik...”
Tarix: 06-05-2016 | Saat: 12:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


“Bununla erməni xislətini göstərəcəyik...”
Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Teatrdan "Xəbəraz.az "-a verilən məlumata görə, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası hazırlanır. Yeni səhnə əsərinin quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Tamaşa ilə bağlı danışan Əhəd Hacıyev bu səhnə əsərində erməni xislətini uşaqlara tanıtmaq istədiklərini bildirib:

“20 ildən çoxdur ki, torpaqlarımız nankor qonşularımız - ermənilər tərəfindən işğal olunub. Uşaqlar bizim gələcəyimizdir, ilk növbədə onlara tariximizi öyrətmək və mənfur qonşularımızı olduğu kimi tanıtmaq lazımdır. Maraqlı süjet xəttinə malik olan bu tamaşa, əslində, erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal qəfildən bir meşəyə soxulur, “Buralar bizim tarixi vətənimizdir” deyib ətrafa car çəkirlər. Hansısa eşşəyin çənəsini göstərib “Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq”, - deyirlər. Bir sözlə, əsil erməni xisləti nümayiş etdirirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali Ayıya müraciət edir və əsil tamaşa da məhz bundan sonra başlayır”.

Qeyd edək ki, tamaşanın geyim üzrə rəssamı Yelena Almazova, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanovadır.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
12-10-2015, 13:00 Bu rayonlarda su olmayacaq

bütün xəbərlər
____ Instagram ___