BANM-in tələbəsi "Famelab" yarışmasında birinci oldu - Foto
Tarix: 06-05-2016 | Saat: 12:14
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
British Council və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab -Şöhrət Labaratoriyası yarışmasının final mərhələsi keçirildi.
Qeyd edək ki, Böyük Britaniyanın “Çeltenham Elm Festivalı” tərəfindən yaradılan yarışmanın məqsədi elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.
Elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin vəsiqə aldığı final mərhələsi olduqca gərgin və maraqlı keçdi.
Belə ki, Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimovun “Mexaniki dalğalar və rezonans” mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun “Kriptoqrafiya” mövzusunda, Könül Qurbanlının “Qlobal Peyk Sistemi” mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın “Kainatın tarixi” mövzusunda, Vasif Cavadlının “Ehtiyat avtomat sistemi” mövzusunda, Nuran Həsənovun “İşıqların rənglərə parçalanması” mövzusunda, Leyla İbrahimlinin “Çoxbilmiş su” mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin “Streslər” mövzusunda, Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadənin “Göz yanılmaları” mövzusunda təqdimatları həyəcanlandırıcı oldu və alqışlarla qarşılandı.
İyirmi dəqiqəlik fasilədən sonra iştirakçıların da səsləri nəzərə alınmaqla Münsiflər finalın qaliblərininin adlarını açıqladılar. Nəticə aşağıdakı kimi oldu:
I Yerin və “Ən çox rəğbət qazanan” Yerin qalibi - Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimov;
II Yerin qalibi – ADA Universitetinin tələbəsi Samir Məmmədov;
III Yerin qalibi isə Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadə oldu
Qeyd edək ki, finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.
Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tərəfindən iştirakçılara hədiyyələr təqdim edildi, qaliblər mükafatlandırıldı.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

28-02-2018, 11:22
Düşmən atəşkəsi 132 dəfə pozub
7-06-2016, 12:12
Rusiya Xəzərdə sualtı atəşlərə başladı
14-06-2015, 12:40
"Bakı 2015" üçün xüsusi musiqi
27-09-2015, 17:03
Toydan çıxan administratoru maşın vuraraq öldürdü
19-08-2021, 10:48
Aşura ilə əlaqədar qanvermə aksiyası başladı
28-04-2016, 12:33
İrəvan Moskvadan 200 milyonluq silah alır
17-03-2018, 12:25
Zaur efirə hamam xalatında gəldi–foto
14-10-2015, 13:17
Sülhməramlılarımız Əfqanıstana yola salındı
24-06-2019, 13:26
İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü