Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış azərbaycanlıya Türkiyədə professor adı verildi
Tarix: 05-05-2016 | Saat: 21:26
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Tanınmış azərbaycanlıya Türkiyədə professor adı verildi

Azərbaycanın tanınmış alimi və politoloqu Fərhad Mehdiyevə Türkiyədə beynəlxalq ümumi hüquq üzrə professor adı verilib.

Məlumatı Axar.az-a hazırda Türkiyədə olan Fərhad Mehdiyev təsdiqləyib.

Fərhad Mehdiyev 1974-cü ildə Bakıda anadan olub, 1996-cı ildə İstanbul Universitetində bakalavr, 1998-ci ildə həmin universitetdə LLM, 2004-cü ildə isə Səlcuk Universitetində Ph.D dərəcəsinə yiyələnib. 1998-ci ildən etibarən Qafqaz Universitetində mühazirəçi kimi çalışmağa başlayıb, 2004-cü ildən etibarən isə həmin universitetin Beynəlxalq hüquq kafedrasının rəhbəri vəzifəsində çalışıb.

ABŞ-ın müxtəlif mübadilə proqramları çərçivəsində Kansas və Vaşinqton Universitetlərində təcrübə keçib. Yerli və xarici mətbuatda dərc olunan onlarla elmi məqalənin müəllifidir.

F.Mehdiyev hazırda Türkiyədə müqavilə əsasında beynəlxalq hüquq, insan hüquqları, inzibati hüquq üzrə mühazirələr aparır.


Xəbəri paylaş

5078 dəfə oxunub.

Digər xəbərlər
2-02-2019, 13:20 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___