“Qarabağ”dan daha bir rekord
Tarix: 05-05-2016 | Saat: 17:03
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın "Qarabağ" klubu kubokda da eyni nailiyyətə imza atıb.
"Xəbəraz.az " PFL-in saytına istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan Kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.
İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən "ağ-göylər" 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan "Qarabağ" cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.
Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" cari kubok turnirinə "Şəmkir"lə 1/8 final oyunu ilə başlayıb - 2:0. 1/4 finalda "Sumqayıt"ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda "İnter"i 2 dəfə məğlub edib - 4:0, 1:0.
"Ağ-göylər"in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. "Simurq"la cavab oyununda qapılara qol vurulmayıb.
Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası "Kəpəz"ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.
Xəbəri paylaş
5628 dəfə oxunub.
Digər xəbərlər

23-07-2016, 01:36
Mafiya liderlərinin QƏRİBƏ MƏZARLARI - FOTOLAR
26-11-2022, 13:51
Zaur efirdən İranda yaşayan soydaşlarımıza MÜRACİƏT ETDİ: Bütöv bir Azərbaycan... - VİDEO
11-12-2016, 11:14
"Vodafon Arena"da partlayış anı - CANLI YAYIN zamanı
1-03-2016, 13:07
Sabahın hava proqnozu açıqlandı: nazirlik xəbərdarlıq etdi
4-10-2018, 14:17
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub- Kitabxanadan 160 kompüter aparılıb
14-12-2016, 17:41
10 milyona yaxınlaşırıq
26-06-2015, 17:55
Məktəbli qızı vəhşicəsinə döyüb, soyundurub, videosunu internetə yüklədilər — VİDEO (18+)
28-12-2020, 10:52
Paşinyan əleyhdarları yenidən parlamentin önünə toplaşdılar
30-12-2018, 11:51
Azərbaycanda işsizlik azalır