Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dollar krediti olanlar üçün 8 maddəlik – Təklif
Tarix: 05-05-2016 | Saat: 10:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Dollar krediti olanlar üçün 8 maddəlik – Təklif
Dollarla krediti olanların probleminin optimal həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. Deputat hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığının əhalinin və borca düşən biznes strukturlarının üzərində olmasının əhali-bank-biznes strukturu zəncirinin bütün həlqələrində iflic vəziyyəti yaratdığını bildirib:

“1. Bəzi dövlət qurumları hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdir. Banklar uzun müddət yüksək faizlə yaxşı pul qazanıblar, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar isə gözləyirlər ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət qarşılayacaq. Əslində bu yanaşmalarda həqiqət payı olsa da, yarımçıq xarakter daşıyır. Hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan ona birtərəfli yanaşmaq olmaz.

2. Təkliflərimizdə xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız bankların çəkəcəyi barədə bənd yoxdur. Biz xarici valyutada verilmiş kreditlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik. Məhz bu məqsədlə risklərin dördbucaq sistem üzrə dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik.

3. Söhbət 1000 manata qədər olan kreditlərin birdəfəlik bağışlanmasından yox, məsələn, kredit alan şəxs vəfat edibsə və həmin kreditə zamin duran şəxsin obyektiv surətdə onu qaytarmaq imkanı yoxdursa, ümidsiz kreditlərin bağlanmasından gedir. Yəni yalnız 1000 dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatını bankların mənfəəti hesabına həyat keçirilməsini təklif etmişik.

4. Kredit borcu 5000 dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borcların 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsini isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür.

5. Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və s.) almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat-dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və s. təklif etmişik.

6. Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək banklar tərəfindən borcların dollarla təkrar hesablanmasına münasibətdə həmin qəbildən olan borclulara da sadaladığımız variantlarda müvafiq güzəştlərin edilməsi irəli sürülüb.

7. İri məbləğli borclara münasibətdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi kimi üsullardan istifadəni zəruri hesab edirik. Burada da yenə ödənişin bütövlükdə bankların üzərinə atılmasınıdan yox,“dördbucaq sistemindən” söhbət gedir ki, bu məqamda vətandaşı artıq iri kredit götürmüş biznesmen əvəz edir.

8. Bankların bu prosedə iştirakı müqabilində ölkəmizdə həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində vergi güzəştləri, birbaşa maliyyə yardımı və s. də daxil olmaqla dövlətin banklara dəstək proqramının həyata keçirməsini zəruri hesab etmişik”.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___