Goranboyda gənc qadının üzləşdiyi dəhşət: "Məni meşəyə apardılar..."
Tarix: 05-05-2016 | Saat: 00:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Goranboyda gənc qadının üzləşdiyi dəhşət: Bölmə : CəmiyyətYayım tarixi : 4/5/2016 [17:21]Baxılıb : 1883 dəfə
Qəsdən adam öldürməyə cəhd edən Goranboy rayon sakinləri - 58 yaşlı İmamverdi Xəlilov və 61 yaşlı Sabir Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com bildirir ki, ötən ilin avqustun 27-də Goranboy rayonun Rus-Borisi kəndinin meşə zolağında rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri, 29 yaşlı Röya Məmmədovanı (ad və soyad şərti verilib) bıçaqlayıblar.
Yaralı qadın ağır xəsarətlə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Buna görə də Röya Məmmədovanın həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamverdi Xəlilov və Sabir Alxasov tutulublar.
Rayonun kommunal təsərrüfat idarəsində xadimə işləyən Röya Məmmədovanın ifadəsinə görə, ona bıçaq xəsarətləri yetirən taksi sürücüsü Sabir Alxasovu əvvəllər də tanıyıb. Elnarə deyib ki, hadisə baş verən gün Sabir onun üçün uyğun iş tapdığını deyib.
Yeni işi ilə tanış olmaq məqsədi ilə Sabirin avtomobilində əyləşən Röya avtomobildə İmamverdi adlı daha bir nəfərin də olduğunu görüb.
Bu zaman taksi sürücüsü və İmamverdi qadını zorlamağa cəhd göstərib. Avtomobilin qapısı bağlı olduğu üçün qadın qaça bilməyib. Meşə massivinə çatanda maşından düşmək istəyib.
Bu zaman Sabir Alxasov və İmamverdi bıçaqla ona çoxsaylı xəsarət yetiriblər. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar. Röya Məmmədovanı qan içində səhərə yaxın orada qoyun otaran çoban tapıb və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Röya Məmmədovaya xəstəxanada tibbi yardım göstərilib.
Sabir Alxasov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), İmamverdi Xəlilov isə Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham ediliblər.
Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Sabir Alxasov 12 il müddətinə azadlıqdan məhrum edilib. İmamverdi Xəlilovun isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-1-ci və 134-cü maddələri üzrə cinayət əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

27-05-2019, 21:06
“Onların hədəfi Azərbaycanı ləkələməkdir” - İlham Əliyev
22-06-2017, 11:47
Qəndab Quliyevanın həkimi: "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur" - YENİLƏNİB
12-01-2016, 00:07
Messi 5-ci dəfə “Qızıl top”a sahib çıxıb
23-04-2018, 15:41
Tolikin gizli görüntülərini əkiz bacılar yayıb?-QALMAQAL
8-07-2017, 12:20
Əkizlər haqqında BİLMƏDİYİNİZ 10 FAKT
21-12-2017, 12:48
İlham Əliyev Bakıda “İslam Həmrəyliyi İli” konfransında iştirak edir
18-05-2018, 09:45
Metropolitenin mətbuat xidmətinin rəhbəri istefa verdi
19-02-2017, 22:23
Hacıağa Bağırov "Deyirdim sənə" yeni nəfəs verdi - VİDEO
1-07-2015, 12:47
BQXK azərbaycanlı əsirlərə baş çəkdi