Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmişlidə avtomobil elektrik dirəyinə çırpıldı
Tarix: 04-05-2016 | Saat: 23:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İmişlidə avtomobil elektrik dirəyinə çırpıldı

Hadisə bu gün axşam Heydər Əliyev prospektində qeydə alınıb

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Meliorator qəsəbəsinin sakini, 25 yaşlı Elçin Razi oğlu Cəfərov idarə etdiyi “Jiquli” markalı avtomobillə prospektdə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___