Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağla bağlı sənədləşmə aparıla bilər - Lavrov
Tarix: 04-05-2016 | Saat: 23:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qarabağla bağlı sənədləşmə aparıla bilər - Lavrov
Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə edilmiş məsələləri sənədlərlə rəsmiləşdirmək bütün tərəflər üçün münasib olardı.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri RİA-ya müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Ən vacib məsələ yeni itkilərin qarşısını almaq, atəşkəsə əməl etmək və bu istiqamətdə təsiredici mexanizmlər hazırlamaqdır. Hətta beş il öncə Azərbaycan və Ermənistan prezidentləri o vaxtki Rusiya Prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə bu mexanizmlərin xeyri ilə bağlı fikirlərini bildirdilər, ATƏT nümayəndələrinə insidentin araşdırılması, inam mühitinin yaranması üçün tapşırıq verdilər. Ancaq təəssüf ki, bu mərhələ hardasa 2012-ci ildən inkişaf etmədi. Biz istəyirik ki, tərəflər yenidən bu mərhələyə qayıtsınlar” , - Lavrov qeyd edib.

Lavrov vurğulayıb ki, ATƏT sədri də bu münaqişənin həllində fəal rol oynamaq istəyir: "Düşünürəm ki, ATƏT-in Azərbaycan və Ermənistan prezidentlərinin icazəsi ilə hadisələrin araşdırılması və etibarın möhkəmləndirilməsi istiqamətində fəallığı çox actual məqama təsadüf edir. Siyasi həll prosesini unutmaq olmaz. Əlbəttə, gərginlik səngiməlidir, sülh danışıqlarının alternativi yoxdur. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə edilmiş məsələləri də sənədlərlə rəsmiləşdirmək bütün tərəflər üçün münasib olardı”.


Xəbəri paylaş

5578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___