Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yoldaşım Ukraynaya, odnoklassnikdə tanış olduğu qadının yanına getdi
Tarix: 14-03-2015 | Saat: 13:47
Bölmə:Karusel / Hadisə / Maraqlı / M2 | çapa göndər

Yoldaşım Ukraynaya, odnoklassnikdə tanış olduğu qadının yanına getdi
Xeberaz.az azadqadın.az saytına istinadən xəbər verir ki, Yoldaşım Ukraynaya, odnoklassnikdə tanış olduğu qadının yanına getdi adlı məktubu təqdim edir.
Salam 14 ildiki evliyəm. 3 qızım var. Yoldaşım məni 3 uşaqla tək qoyub, Ukraynaya gedib.
Ərim gününü internetdə keçirirdi, mən də çox da fikir vermirdim, deyirdim başını qatır. Amma səhv etmişəmmiş, onun başını qatmağı bizə baha başa gəldi.
Odnoklassnikdə bir qadınla tanış olub, onun yanına getdi. Mən çıxılmaz vəziyyətdə qalmışam üç uşaqla, atamgil də imkansızdı . Mənə kömək edə bilmirlər. Anam xəstədi bizə gələ bilmir. Böyük qızımın 13 yaşı, ikincinin 5, balacanın 1 yaşi var . Uşaqları böyük qızıma əmanət edib , işə gedirəm. Yaşlı bir yatalaq qadına qulluq edirəm. Ayda 150 manat alıram. Uşaqlarıma çatmır bu pul. Yoldaşıma zəng edib, ağlayaraq deyirəm gəl, uşaqlara baxa bilmirəm. Yanındakı qadın qoymur gəlməyə. O özü də heç gəlmək istəmir. Çox çarəsizəm. Maddi köməyim də yoxdu. Boşanmağa qərar verdim sonunda... Ama boşansam onun evindən çıxmalıyam. Hara gedəcəm 3 uşaqla. Gecə gündüz fikirləşirəm. Özüm hicablı qadınam 30 yaşım var. Yoldaşım məni bəyənmir. Mən sizdən məsləhət istəyirəm. Əziz userlər, mən nə edim bilmirəm. Boşanımmı, ya səbr edim, gözləyimmi ərimi bəlkə qayıtdı?
Mənə bir məsləhət verin.


Xəbəri paylaş

9088 dəfə oxunub.

Digər xəbərlər
24-08-2015, 20:27 Araş və ailəsi - FOTO

bütün xəbərlər
____ Instagram ___