Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DGK-dan sahibkarlara xəbərdarlıq
Tarix: 04-05-2016 | Saat: 20:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

DGK-dan sahibkarlara xəbərdarlıq

Dövlət Gömrük Komitəsi sahibkarların nəzərinə çatdırır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi bu gündən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilir.
"Xəbəraz.az " komitənin saytına istinadən xəbər verir ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır.

Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir.

Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək.


Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___