Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabir Rüstəmxanlı: "Qanun pozulur..." - Video
Tarix: 04-05-2016 | Saat: 12:35
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Sabir Rüstəmxanlı: "Qanun pozulur..." - Video

Bakıda geyim mağazalarından tutmuş ərzaq dükanlarına qədər bir çox adlar, hətta şadlıq evlərinin və bəzi müəssisələrin reklam bannerləri xarici dillərdə yazılır.

Bunlara dövlət tərəfindən nəzarət olunmalıdırmı, yoxsa mülk sahibləri özləri obyektlərini açarkən bu reklam başlıqlarına diqqət yetirməlidirlər?
"Xəbəraz.az "xəbər verir ki, Avropa.info-nun əməkdaşı bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb və xarici adlarla ifadə onunan reklam başlıqlarına münasibətini öyrənib.

Sabir Rüstəmxanlı bildirib ki, Dövlət dili Qanunu bu məsələni tənzimləyir: "Reklamlar, müəssisə və xidmət yerlərinin adları Azərbaycan dilində olmalıdır və bu, qanunla tənzimlənir. Xarici dildə də mümkündür, ancaq xarici dildə olan ad Azərbaycan dilindən sonra yazılmalı və Azərbaycan dilindəki addan daha kiçik hərflə verilməlidir".

ADQ başqanı bu qanuna əməl olunmadığından təəssüfləndiyini vurğulayıb və Azərbaycan Dil Qurumunun bu məsələ ilə bağlı uzun illərdir müraciətlər və təbliğat kampaniyaları apardığını xatırladıb.


Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___