“Türk Telekom” Türkiyənin bütün internetsiz evlərini pulsuz internetlə təmin edəcək
Tarix: 22-04-2015 | Saat: 15:51
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər
Türkiyənin ən iri telekommunikasiya şirkəti olan “Türk Telekom” yaranmasının 175-ci ildönümü münasibətilə pulsuz internet kampaniyası keçirməyə qərar verib.
Xeberaz.az -ın “Milliyet”ə istinadən yaydığı xəbərə görə, “Türk Telekom”un baş icraçı direktoru Rami Aslan evində internet olmayan bütün ölkə vətəndaşlarını pulsuz internetlə təmin edəcəklərini açıqlayıb: “Bu günə qədər evinə internet xətti çəkdirməmiş bütün vətəndaşlarımızı 2 il müddətində ödənişsiz internetlə təmin edəcəyik. 4 meqabit sürətə malik internet bağlantısı ilə Türkiyə əhalisinin bütün kommunikasiya ehtiyaclarını təmin etməyi qarşımıza məqsəd qoymuşuq”.
“Türk Telekom”un rəhbəri Məhəmməd Həriri isə 10 il əvvəl tenderdə qalib gələrək şirkəti özəlləşdirdiklərini və TT-nin Türkiyənin ən böyük özəlləşdirilmiş şirkəti olduğunu vurğulayıb: “Türkiyənin internet və telekommunikasiya sektoruna liderlik edirik. Qoyduğumuz sərmayələr bu ilin sonunda 22 milyard lirəyə çatacaq. Bu, Türkiyədə telekommunikasiya yatırımlarının 50 faizindən çoxunu təşkil edir”.
Qeyd edək ki, “Türk Telekom”un 175 illiyi münasibətilə aprelin 21-də Ankarada keçirilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

6-05-2018, 11:28
Nazim İbrahimovun qızının toyu oldu - FOTO
2-09-2016, 15:48
"NUMBER 1 AZERBAİJAN” GÖZƏLİ MODELİKDƏN VİDALAŞDI - FOTO
23-09-2020, 17:03
Lavrov: 5 rayonun qaytarılmasının tərəfdarıyıq - Video
18-12-2016, 16:10
Xaricdən internet vasitəsi ilə alınan mallara görə vergi tutulacaq
31-10-2016, 15:15
Netanyahu Azərbaycana gələcək
19-06-2022, 12:36
“Bazar store” də satılan “uzunömürlü” Xəzər kilkələri – FOTOFAKT
28-02-2023, 12:25
Nigar Camala hücum edən şəxsə bu qədər həbs cəzası verildi - O kimdir?
29-11-2018, 11:08
Azərbaycanda bəy toy günü şəhid dostunun məzarını ziyarət etdi
10-07-2023, 11:18
Doğuşdan Xoşqədəmə: “Yedin bizi” - Video
14-12-2017, 18:09
Bakıdan Ağdaşa gedib bacısıyla görüşən tələbəni öldürdü - TƏFƏRRÜAT