Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
David Xitaryan: Biz Bakıya döyüşə hazır komanda ilə gedəcəyik
Tarix: 14-03-2015 | Saat: 13:23
Bölmə:Karusel / İdman | çapa göndər

David Xitaryan: Biz Bakıya döyüşə hazır komanda ilə gedəcəyik
“Erməni cüdoçulara medal qazanmağa imkan verməyə bilərlər”.

Ermənistanın Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan bəyan edib ki, erməni cüdoçular Bakıdan - Avropa Oyunları-2015-dən medallarla qayıtmaq üçün əllərindən gələni edəcəklər.

“Ermənistan Cüdo Federasiyası Avropa Oyunlarında iştirakın lehinədirlər. Erməni cüdoçular Bakıdan medallarla qayıtmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Düşünürəm ki, təhlükəsizliklə bağlı problem olmayacaq”,
Xeberz.az Xitaryanın News.am ilə söhbətindən sözlərini sitat gətirir.

“Bakıda keçiriləcək oyunlarda iştirakımız vacibdir, belə ki, o bizə olimpiya reytinqi gətirə bilər. Bizim idmançılara mane ola bilərlər və onlara sadəcə medal qazanmağa imkan verməyə bilərlər. Psixoloji olaraq istənilən şeyə hazır olmaq lazımdır.

İndi bizim yığmamız Çexiyada təlim-məşqləri keçir, sonra isə Tbilisiyə Qran-priyə yola düşəcəklər. Bizim idmançılar həmçinin Türkiyədə Qran-pridə iştirak edəcəklər, sonra isə Ermənistana qayıdacaqlar və daha sonra Avropa Oyunlarında iştirak edəcək əsas tərkibin heyətini təsdiqləyəcəyik.

Biz Bakıya döyüşə hazır komanda ilə gedəcəyik. Oqanes Davtyan və Janna Stankeviç ən yüksək yerlər uğrunda mübarizəyə qadirdirlər”.

Xatırladaq ki, Ermənistan MOK-un mart ayının 10-da keçən iclasında Bakıda keçiriləcək Avropa Oyunlarında Ermənistanın güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıq üzrə təmsil olunması barədə qərar qəbul edilib. Daha sonra Güləş Federasiyası, boks üzrə yığmanın məşqçisi David Torosyan, eləcə də Taekvondo Federasiyası Oyunlarda iştirakın əleyhinə çıxış etdilər. Bununla yanaşı Ermənistanın ən yaxşı taekvondoçusu Arman Yeremyan Avropa Oyunlarında iştirak etmək arzusunda olduğunu bildirib.


Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___