Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bunu Sərkisyana Ordumuz dedizdirəcək“
Tarix: 03-05-2016 | Saat: 09:54
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“Bunu Sərkisyana Ordumuz dedizdirəcək“
Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

O, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfərini şərh edib:

“Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına reytinqini qaldırmaq istəyir”.

Politoloq bildirib ki, bu yaxınlaşmada Sərkisyan məqsədi Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəməməsidir:

“Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Məncə, Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, o, yaxın günlərdə “Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirəcək”.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___