Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
4 qaz quyusu qazılacaq - Video
Tarix: 03-05-2016 | Saat: 09:28
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

4 qaz quyusu qazılacaq - Video

“Bulla-dəniz” yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülündə üç il ərzində 4 təbii qaz quyusunun qazılması planlaşdırılır. Burada sutkada 4 milyon kubmetr təbii qaz hasil ediləcək.

"Xəbəraz.az "Azərtaca istinadən xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 6 nömrəli stasionar dəniz özülü ən yüksək dünya standartlarına uyğun tikilərək istifadəyə verilib, artıq qazma işlərinə başlanılıb. Bu özül SOCAR-ın təbii qaz proqramını həyata keçirmək üçün əsas platformalardan biri olacaq.

R.Abdullayev bildirib ki, SOCAR-ın hökumət qarşısındakı öhdəliklərinə uyğun olaraq yeni təbii qaz proqramı həyata keçirilir. Proqramda “Bulla-dəniz”, “Ümid” və “28 May” yataqlarının işlənilməsi, genişləndirilməsi, yeni quyuların qazılması və təbii qaz hasilatının artırılması nəzərdə tutulur. Qazma proqramını icra etmək üçün hökumət Mərkəzi Bank vasitəsilə kredit ayırıb. Nəzərdə tutulan bütün işlər həmin kredit hesabına həyata keçiriləcək.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
14-11-2015, 13:23 Rihanna üzr istədi - foto
14-03-2015, 10:39 Balakəndə Bıçaqlanma!!!

bütün xəbərlər
____ Instagram ___