Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirliyin səlahiyyətləri məhdudlaşdırıldı - Video
Tarix: 02-05-2016 | Saat: 21:28
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Nazirliyin səlahiyyətləri məhdudlaşdırıldı - Video

Ölkə ərazisində nəqliyyat şirkətlərinin sərnişin daşımalarına cəlb olunması qaydası dəyişib.

ANS-nin məlumatına görə, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi Nəqliyyat Nazirliyi deyil, müafiq icra hakimiyyəti yanında avtomobil nəqliyatı ilə sərnişindaşıma idarəsi iştirak edəcək.

Daha dəqiq desək, sərnişindaşıma üzrə nəqliyyatın bölüşdürməsi səlahiyyəti Nəqliyat Nazirliyindən alınır. Mütəxəsislərin fikirincə, yeni qaydanın tədbiqinə keçilməmişdən qabaq bir sıra dəyişikliklərin edilməsi daha məqsədəuyğun olar.

Nəqliyyat üzrə mütəxəsis Ərşad Hüseynov məsələyə münasibət bildirərək söyləyib ki, əsas olan bütün istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat parkının və sürcü kontingentinin yüksək səviyyədə təşkil edilməsidir.

“Mərkəzləşdirilmiş tabeçilik yoxdur. Nazirlər Kabinetinin yanında nəqliyyat agentliyi təşkil edilib. Bakı şəhərinin inzibati ərazisində bütün rayonların - 12 rayonun hamsında marşurut xətləri, sxemləri, daha sonra həmin marşurutların bölüşdürülməsi, onlara nəzarət və s. hamsı agentlik tərəfindən həyata keçiriləcək”, - mütəxəsis bildirib.

Bundan əvvəl sərnişindaşıma üzrə nəqliyyatın bölüşdürməsi Nəqliyyat Naziriliyinin öhdəliyində idi. Yeni qaydanın tədbiqindən sonra nazirlik Bakı, Sumqayt və Gəncə şəhəri istisna olmaqla, digər regionlar üzrə nəqliyyatın bölüşdürməsinə nəzarət edəcək.

Yeni qaydanın tədbiqində məqsəd isə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkminləşdirilməsidir.



Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___