Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Simona Varqova: Azərbaycanlılar Slovakiyanı Sloveniya ilə səhv salırlar
Tarix: 14-03-2015 | Saat: 13:21
Bölmə:Karusel / İdman | çapa göndər

Simona Varqova: Azərbaycanlılar Slovakiyanı Sloveniya ilə səhv salırlar
BEGOC-da olan yeganə slovakiyalı Bakıya necə gəlməsi haqqında danışdı.

Avropa Oyunları Əməliyyat Komitəsinin xarici əməkdaşları arasında (BEGOS) Slovakiyanın yeganə nümayəndəsi Simona Varqovadır.

Xeberaz.az istinadən xəbər verir ki, Oxu.Az xəbər verir ki, 24 yaşlı Praqa Universitetinin İdman menecmenti fakültəsinin 24 yaşlı məzunu BEGOS-un VİP-presonalar üçün tədbirlər planlaşdıran, tərcümə xidmətlərini və s. təşkil edən protokol şöbəsinin əməkdaşıdır.

“Avropa Oyunları zamanı mən həmçinin iki idman növünü – basketbol 3x3 və su polosuna kuratorluq edəcəm. Mən həmişə iri idman tədbirlərində işləmək istəmişəm. Çoxları məni əmin etməyə çalışırdılar ki, lazımi əlaqələr olmadan belə iş tapmaq olmaz. Mən yenə də öz arzuma sadiq qaldım. Əlbəttə uğur da öz rolunu oynadı. Azərbaycanda iş haqqında Slovakiya Olimpiya Komitəsinə təklif gəldi, müsahibədən sonra isə məni BEGOS-a tövsiyə etdilər.

Avropa Oyunları Azərbaycandan və Avropadan olan gənc insanlara böyük iş təcrübəsi olmadan karyerasına başlamaq imkanı verir. Kadr seçimi üçün vaxt çox az idi. Əsas tələb idman menecmenti sahəsində təhsilin olması və ingilis dili biliklərinin olmasıdır.

Mən minnətdaram ki, bir neçə Olimpiyada keçmiş insanlarla işləmək imkanım var.

İlk dəfə Azərbaycandan olan təklif barədə eşidəndə, bu ölkə haqqında heç bir təsəvvürüm yox idi. Mütəmadi olaraq müxtəlif məqalələr oxuyaraq Azərbaycan haqqında öyrənməyə başladım. Səfərdən öncə qarışıq hisslər keçirirdim, çünki nə gözləyəcəyimi bilmirdim. Amma gəldikdən sonra qorxularım azaldı. Bakı çox gözəl şəhərdi, insanların qonaqpərvərliyi və mehribançılığı isə məni təəccübləndirdi.

Mən Slovakiyanın Avropa Oyunlarına hazırlıqda iştirak edən yeganə nümayəndəsiyəm. Ən böyük problem ondadır ki, insanlar Slovakiya ilə Sloveniyanı səhv salırlar. Bunların heç bir müştərək sərhəddi olmayan iki müxtəlif ölkə olduğunu izah etmək lazım gəlir. Ümumiyyətlə isə Azərbaycanda Slovakiyanın mədəniyyəti və həyatı ilə maraqlanırlar”, Varqova DamskaJazda-ya müsahibəsində bildirib.


Xəbəri paylaş

8418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___