Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kamran Həsənlinin işi çətinləşdi - İş İstintaq İdarəsindən alındı
Tarix: 01-05-2016 | Saat: 14:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Kamran Həsənlinin işi çətinləşdi - İş İstintaq İdarəsindən alındı

Müğənni Samir Piriyevin şikayəti əsasında aparıcı Kamran Həsənliyə qarşı başladılan cinayət işinin istintaqı Nərimanov rayon prokurorluğundan alınıb.

Bu barədə S.Piriyevin vəkili Ruslan Əhmədoğlu “Qafqazinfo”ya açıqlamasında məlumat verib. O qeyd edib ki, S.Piriyev nazir Ramil Usubova müraciətindən sonra nazirliyin Baş İstintaq İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilib: “Cinayət işinin baxılmasında göstərdiyimiz xüsusatları nəzərə alaraq, yaradılmış maneələrə görə Kamran Həsənli barədə başladılmış cinayət işinin istintaqının aparılması üçün iş Nərimanov RPİ-nin İstintaq İdarəsindən alınıb. Təqdim etdiyimiz sübutlar əsasında yaxın günlərdə cinayəti törədən şəxslər məsuliyyətə cəlb ediləcək”.

Cinayət işinin istintaqının aparılmasının hansı orqana tapşırılması Baş Prokurorluğa verilən vəsatət təmin olunduqdan sonra bəlli olacaq.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___