SOCAR-ın təqaüd proqramı ilə bağlı imtahan keçirilir
Tarix: 01-05-2016 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il mayın 1-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.
TQDK-dan Report-a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) aparılır və saat 11:00-da başlanır.
SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Qeydiyyat SOCAR tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib.
İmtahanın idarə olunması üçün 9 imtahan rəhbəri, 114 nəzarətçi-müəllim ayrılıb.
Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur.
Onlardan 30-u qapalı, 10-u isə açıq tipli test tapşırıqlarıdır. Bu tapşırıqlara cavab üçün namizədlərə 1 saat vaxt verilir. Qapalı test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur.
Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı “Cavab kartı”da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

21-04-2015, 19:56
Türklər Berlində ermənilərin iddiasına qarşı yürüş keçirəcək
28-04-2015, 13:56
500 kq çəkisi olan qadın 362 kq arıqlayaraq cəmi 90 kq olub.
7-01-2023, 12:41
Vüsalə Əlizadənin verilişindəki səhv gündəm oldu - VİDEO
23-06-2021, 11:40
"Məni hamamda görmək istəyən çoxdur" - Azərbaycanlı aktrisadan ehtiraslı sözlər - VİDEO
11-02-2017, 13:13
İŞİD bu gözəlin başına 1 milyon dollar qoydu - Foto
9-06-2016, 17:15
Ermənilərdən YUNESKO-ya şikayət
22-10-2018, 14:06
Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? -"Palmali"dən açıqlama
7-11-2016, 21:11
Öpüşlərlə ərsəyə gələn əsərlər - FOTO
17-05-2017, 09:51
Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
25-12-2016, 17:40
Azərbaycanlı qanuni oğru Türkiyə döyüldü - Foto