Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevinc Musayeva əsgərlərə konsert verdi- FOTOLAR
Tarix: 01-05-2016 | Saat: 07:43
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR
Müğənni Sevinc Musayeva Göygöl şəhərində yerləşən N saylı hərbi hissədə əsgərlərimiz qarşısında konsert proqramı ilə çıxış edib.

Təəssüratlarını "Xəbəraz.az "-la paylaşan müğənni Göygöldən yüksək əhvali-ruhiyyə ilə qayıtdıqlarını bildirdi:
“Doğrudan da, torpaqlarımızın keşiyində mərdi-mərdanə dayanan və gecə-gündüz gözlərini qırpmadan vətəni qoruyan igid əsgərlər qarşısında konsert vermək, bir neçə saatlıq da olsa, onları feyziyab etmək hər bir sənət adamı üçün fəxarətdir. Həftəsonu biz əsgərlər qarşısında 3-4 saatlıq geniş, rəngarəng konsert proqramı ilə çıxış etdik. Mənəvi cəhətdən əsgərlərimizi ruhlandırdıq. Konsertin sonunda mən “Cənəb leytenant” mahnısını ifa etdim. . Həmin an əsgərlər arasında böyük coşqu yaşandı. Ermənilərlə çox yaxın məsafədə idik və əminəm ki, onlar da bu musiqinin sədalarını eşidirdilər. Bu coşqunu sözlə ifadə etmək çox çətindir. Həmin vaxt çox təsirləndim”.

Müğənni konsert zamanı xalq mahnıları, vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılarla bərabər əsgərlərin də sevib xoşladıqları musiqiləri də ifa etdiyini dedi: “Konsertdən sonra əsgərlərimiz bizə yaxınlaşıb fotolar çəkdirdi, arzu və istəklərini söylədilər. İnanın ki, mən bu konsertdən və əsgərlərimizlə görüşdən aldığım zövqü heç bir konsertimdə almamışdım”.

Qeyd edək ki, müğənni Sevinc Musayeva əsgərlər qarşısında baş tutan konsert proqramında bir qrup müğənni də çıxış ediblər.





Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR
Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR
Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR
Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR
Sevinc Musayeva  əsgərlərə konsert verdi- FOTOLAR


Xəbəri paylaş

1 2508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___