Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qandonduran hadisə: Hamilənin qarnını yaran qadın 100 il iş aldı - FOTO
Tarix: 01-05-2016 | Saat: 01:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qandonduran hadisə: Hamilənin qarnını yaran qadın 100 il iş aldı - FOTO
ABŞ-ın Kolorado ştatında 35 yaşlı qadının törətdiyi qan donduran hadisəylə bağlı məhkəmə işi başa çatıb. ANS PRESS-in məlumatına görə, Kolorado ştat məhkəməsi hamilə qadının qarnını yararaq uşağını çıxaran Daynel Leyn adlı qadını 100 il müddətinə azadlıqdan məhrum edib.

Hadisə ötən il mart ayında baş verib. Daynel Leyn internetdə "hamilələr üçün pulsuz paltar" elanı yerləşdirib. Elanı görən 27 yaşlı Mişel Uilkins paltar əldə etmək üçün Daynellə əlaqə saxlayıb. Pulsuz paltar vəd edən qadın Mişeli evinə çağırıb. Evdə Leyn Uilkinsi boğmağa başlayıb. Daha sonra Leyn qadının başına lampa ilə vurub, boğazını bıçaq və şüşə qırıntıları ilə kəsib. Bundan sonra Leyn bıçaqla 8 aylıq hamilə olan Uilkinsin qarnını yarıb və uşağı onun bətnindən çıxarıb.

Məhkəmə prosesində Leynin əri Devid Ridli qeyd edib ki, həyat yoldaşı "hamiləlik xəstəsi" olub. Uzun müddət Leyn uşaq gözlədiyini iddia edib. Lakin sonda əri onun yalan dediyindən şübhələnib. Cinayət baş verən gün əri evə daxil olarkən Leyni bütünlüklə qan içərisində görüb. Uşaq isə vannada olub. Leyn ərinə uşağının düşdüyünü deyib və Devid onu uşaqla birlikdə xəstəxanaya aparıb. Leynin özünün iki uşağı var.

Bu zaman Uilkins huşsuz vəziyyətdə evin zirzəmisində olub. Özünə gələn qadın polisə zəng vuraraq xilas olmağı bacarıb. Lakin bətnindən çıxarılmış qız uşağını xilas etmək mümkün olmayıb.
Qandonduran hadisə: Hamilənin qarnını yaran qadın 100 il iş aldı - FOTO


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
28-04-2017, 09:33 Bu adamın nəbzi yoxdur

bütün xəbərlər
____ Instagram ___