Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rumın sosioloq: "Qarabağ münaqişəsi böyük təhdiddir"
Tarix: 30-04-2016 | Saat: 20:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Rumın sosioloq: "Qarabağ münaqişəsi böyük təhdiddir"
Britaniyada ali təhsil almış, bir müddət Azərbaycanda müəllim kimi işləmiş rumın sosioloq Teodora Pantu Dağlıq Qarabağda cəbhə xəttində baş verən son gərginliklərlə bağlı fikirlərini AzərTac-ın xüsusi müxbiri ilə bölüşüb.

O deyib: “Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yenidən gərginlik yaranmasını eşidəndə sonra çox narahat oldum. Mənim Azərbaycan ilə mənəvi bağlarım güclüdür. Deyə bilərəm ki, bu ölkə mənim ikinci vətənim kimidir və mən Azərbaycanda baş verən hadisələri həmişə mətbuatdan izləyirəm.

Mən Azərbaycandakı tələbələrimlə daim əlaqə saxlayıram. Onlar 18, 19 yaşlarında olmalarına baxmayaraq, sosial şəbəkələrdə həmişə sülhlə bağlı çağırışlar edirlər. Mən indiyə qədər münaqişə istəyən bir azərbaycanlı görməmişəm.

Beynəlxalq mətbuatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyaları oxuyanda adama elə gəlir ki, bir oyundan bəhs edilir: Atəş açıldı, hər iki tərəf itki verdi və s. Halbuki, bu münaqişə hər an partlamağa hazır bomba kimi çox təhlükəlidir.

Beynəlxalq təşkilatlar hər dəfə eyni tərzdə açıqlamalar verirlər: Münaqişəni gərginləşdirməyin, atəşkəs rejiminə hörmət edin, biz insan tələfatı istəmirik və s. Məncə beynəlxalq təşkilatlar daha çox iş görməlidirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın, bütövlükdə Avropanın təhlükəsizliyi üçün böyük təhdiddir.

Arzu edirəm ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin, mehriban qonşuluq münasibətləri yaransın”.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___