Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ulduz futbolçuya 64 milyonluq təklif - FOTO
Tarix: 30-04-2016 | Saat: 20:22
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ulduz futbolçuya 64 milyonluq təklif - FOTO
Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirə bilər. Anspress-in məlumatına görə, "Çelsi"nin braziliyalı futbolçusu Villian Çin klublarının maraq dairəsinə düşüb.

Onun xidmətində heyətində Cekson Martines və Paulinyo kimi ulduzlar yer alan "Quanqzu Everqrande" maraqlıdır. Baş məşqçi Luiz Felipe Skolarinin israrla istədiyi Villian üçün çinlilər "Çelsi"yə 64 milyon avro təklif edir.

Villianın "Çelsi" ilə müqaviləsi 2018-ci ildə başa çatır. London klubunun braziliyalı futbolçuya yeni müqavilə və həftəlik 150 min avro maaş təklif etdiyi iddia edilir. Amma Çin klubu ona bunun ikiqatını verməyə hazırdır.

Villian 2007-ci ildə "Korintians"dan "Şaxtyor"a 14 milyon avroya transfer edilib. Ukrayna klubu 2013-cü ildə onu 35 milyon avroya "Anji"yə satıb. Elə həmin il Mahaçqala klubu braziliyalı yarımmüdafiəçini 35,5 milyon avroya "Çelsi"yə göndərib. 27 yaşlı futbolçu cari mövsümdə 45 oyun keçirib və 11 qol vurub.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___