Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatdı
Tarix: 30-04-2016 | Saat: 20:09
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Ali təhsil müəssisələrinə 2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.
Azərbaycan bölməsində I qrup üzrə 30 351, II qrup üzrə 20 min 73, III qrup üzrə 19 min 180, IV qrup üzrə 5 min 273, rus bölməsində I qrup üzrə 2 min 871, II qrup üzrə 2 min 392, III qrup üzrə 1472, IV qrup üzrə 493, ümumilikdə isə 82 min 734 elektron ərizə təqdim olunub.
I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları cari ilin məzunları üçün I və IV qruplar üzrə 15 iyul, II və III qruplar üzrə 23 iyul, əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə 15 may, I və IV qruplar - üzrə 22 mayda keçiriləcək. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmış TQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

18-05-2016, 11:29
Həkimlər iş başında - Hadisədən öncə orada oldular - VİDEO
29-08-2015, 15:44
Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında 500-dək vakant iş yeri təqdim olunub
19-02-2021, 08:10
Bu ölkədə Rusiya telekanallarını izləyənlər cərimələnəcək
3-02-2018, 14:03
Ağsuda iki uşaq atası özünü asıb
2-06-2016, 20:51
Futbolçumuz təcavüzdə günahlandırılır
7-03-2021, 19:19
Sərnişinləri narahat edən qadın oturacağa bağlanıldı - VİDEO
3-07-2015, 16:06
İŞİD terrorçuların dəhşətli görüntüləri (FOTO +18)
21-09-2015, 12:57
Əli Həsənov KİV əməkdaşlarının saxlanılmasına münasibət bildirdi
26-04-2022, 11:08
Azərbaycanda lətifə kimi hadisə : Sərxoş kişi maşınının yerini unutdu, polisə yığıb "oğurlandı" dedi