Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistanda korrupsiya ilə mübarizə mənasız işə çevrilib - Siyasi iradə yoxdur
Tarix: 30-04-2016 | Saat: 16:51
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənistanda korrupsiya ilə mübarizə mənasız işə çevrilib - Siyasi iradə yoxdur

Ermənistanda korrupsiya riskləri kifayət qədər böyükdür.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə təkcə antikorrupsiya tədqiqatları ilə məşğul olan “Transparency International” təşkilatının deyil, bir çox beynəlxalq təşkilatın hesabatında deyilir.

“Transparency International”nın Ermənistan şöbəsinin icraçı direktoru Varujan Oktanyan deyir ki, 2003-2011-ci illər arasında Ermənistanda korrupsiya şkalası 0-10 arası 3 bal olub. Bu isə olduqca mənfi göstəricidir.

2012-ci ildən başlayaraq korrupsiya indeksi 0-100 arası göstərilməyə başlayıb. Ermənistan bu sıralamada 35 balda dayanıb. Bu isə korrupsiyanın Ermənistanın siyasi sistem problemi olmasının göstəricisidir.

Oktanyanın sözlərinə görə, ölkədə korrupsiya ilə aparılan mübarizənin təsiri yoxdur. Belə ki, bunu etmək üçün siyasi iradə yoxdur. Antikorrupsiya şurasının üzvü, deputat Mikael Melkumyan deyir ki, üzv olduğu 4 ay ərzində korrupsiya ilə mübarizə sahəsində bircə təklifi belə qəbul olunmayıb. Belə davam edəcəksə, Ermənistanda korrupsiya ilə mübarizə mənasız işə çevriləcək.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___