Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərin yaraladığı sakin əməliyyat olundu
Tarix: 30-04-2016 | Saat: 13:18
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Ermənilərin yaraladığı sakin əməliyyat olundu

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonu ağır artilleriyadan atəşə tutması nəticəsində yaralanan dinc sakinlərdən yalnız biri hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

Bunu Trend-ə Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 1 xəstə - Ağdam rayonun Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu müalicə edilir:

"Həmin şəxs əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun səhhətində həyat üçün təhlükəli problem yoxdur. Hazırda palata şəraitində müalicə olunan Elnur yaxın vaxtlada ambulator müalicəyə göndəriləcək".

B.Haqverdiyev deyib ki, ermənilən atəşkəsi pozması nəticəsində yaralanan 7 nəfərdən 3-nün vəziyyəti təhlükəli olmadığı üçün Bərdə Müalicə Diaqnostika Mərkəzinə köçürülüb.

Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-si - Çəmənli kənd sakinləri Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak olub.

Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___