"Vatikan Bakını digər ölkələrə nümunə göstərəcək"
Tarix: 29-04-2016 | Saat: 22:52
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər
“Rossiyskaya qazeta” Azərbaycanın Vatikanla münasibətlərindən, Roma Papasının Bakıya qarşıdan gələn səfərindən yazıb.
"Xəbəraz.az "xəbər verir ki, jurnalist Karavayevin məqaləsində deyilir: Roma Papası Fransisk Azərbaycan Prezidenti ilə artıq tanışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir il əvvəl Vatikanda rəsmi səfərdə olublar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2012-ci ilin iyununda Romaya səfəri zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Fond “Tolerantlıq ünvanı – Azərbaycan” layihəsi çərçivəsində katolik, pravoslav kilsələrinin və sinaqoqların yenidən qurulmasına kömək edir. Vatikanın tarixində ilk dəfə müsəlman ölkəsindən olan təşkilat xristianlığın bu müqəddəs abidələrinin bərpasına kömək edib. İndi bu, dinlər arasında qlobal dialoqun son dərəcə əhəmiyyətli nümunəsinə çevrilib.
Müəllifin fikrincə, Azərbaycan Vatikan üçün təkcə mesenat layihələri ilə maraqlı deyil. Azərbaycan ənənəvi dəyərləri olan katolik dünyası üçün ilk növbədə Şərq dəyərləri ilə Qərb prinsiplərinin vəhdət təşkil etdiyi unikal ölkə kimi əhəmiyyətlidir. Roma Katolik Kilsəsi başçısının 2002-ci ildə Bakıya ilk səfərindən başlayaraq aydın idi ki, Papa taxt-tacı Azərbaycana Şərqin İslam mədəniyyəti ilə Qərbin katolik kilsəsi tərəfindən mühafizə edilən ənənəvi dəyərlərinin ideal sintezinə yaxın olan bir ölkə kimi baxır.
Roma Papasının Bakıya səfərindən 14 il keçir. Belə fikir yaranıb ki, Azərbaycan öz daxili və xarici siyasətini mədəniyyətlərin və siyasi ənənələrin maraqları nöqteyi-nəzərindən həyata keçirməklə, mədəni körpü rolu oynayan ölkəyə çevrilib. İllər keçdikcə, bu meyil yalnız möhkəmlənir.
Qərb dəyərlərinin, Şərq müdrikliyinin və başqa mədəniyyətlərə münasibətdə komplementarlığın sintezindən ibarət sosial siyasət yürütməyə müvəffəq olan Azərbaycan bu gün bütün dünya üçün çox aktual örnəyə çevrilib. Çox güman, Roma Papası Azərbaycan modelini başqa ölkələrə nümunə göstərəcək.
Qəzet yazır ki, əslinə qalsa, bu tezis Roma Katolik Kilsəsi başçısının dilindən artıq səslənib. Roma Papası XVI Benedikt 2012-ci ilin yanvarında diplomatik korpusun nümayəndələri qarşısında ənənəvi çıxışında Azərbaycanla münasibətləri önə çəkərək deyib: “Vatikan müxtəlif dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışır. Bu baxımdan Müqəddəs Taxt-tac ilə Azərbaycanın münasibətləri müsbət nümunə ola bilər”.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

20-10-2017, 09:54
Bankdan kredit götürən şəxsə zamin duran qadın həbs edildi
14-02-2016, 16:31
Bakının “Sevgililər günü” - FOTOSESSİYA
12-08-2016, 21:12
Xalq artistinin qızının erməni ilə daha bir səmimi - Fotosu
21-04-2016, 12:30
Təhsil İdarəsi itkin düşmüş şagirdlərlə bağlı açıqlama verib
27-04-2016, 00:01
Fransa: "Əsəd vəzifədə qala bilər, ancaq...
17-03-2015, 22:26
Qarsda prezidentlərin şərəfinə rəsmi nahar verildi
19-03-2023, 10:08
Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR
9-05-2016, 17:13
“Bordo bereli”lərdən Ordumuza mesaj - Foto
19-09-2016, 15:01
FETÖ-çu general əsgərləri ölümə belə göndərib
15-02-2017, 12:25
Aqil Acalov: “Olland növbəti dəfə ermənilərin dəstəyin qazanmaq üçün populist çıxış edib”