Ərdoğandan xüsusi Qarabağ - Təlimatı
Tarix: 29-04-2016 | Saat: 19:11
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana səfər edən zaman, onu müşayiət 30-a yaxın türkiyəli jurnalistə Qarabağla bağlı təlimat verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından onun üçün nəzərdə tutulan məkana gedən zaman Türkiyədən gələn jurnalistlərlə qısa görüş keçirib.
Görüş zamanı Ərdoğan jurnalistlərə müraciət edərək deyib ki, qardaş Azərbaycan dövləti Türkiyə üçün çox əhəmiyyətlidir.
Daha sonra Ərdoğan Azərbaycanın Qarabağla bağlı haqq səsinin müdafiəsində və dünyaya çatdırılmasında türkiyəli jurnalistlərdən köməklərinin əsirgəməməsini xahiş edib.
Türkiyədən gələn jurnalistlərlə söhbəti zamanı Ərdoğan deyib: “Son günlər Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara əl atır, işğalçılıq siyasəti yürüdür. Ancaq dünya mediası bunu susqunluqla qarşılayır. İstəyirəm ki, siz də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak edəsəniz və dəstəyinizi əsirgəməyəsiniz. Bütün işlərinizdə də sizlərə uğurlar arzu edirəm”
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

26-04-2023, 11:18
Mayda bu tarixlərdə iş olmayacaq - TƏQVİM
1-03-2022, 21:42
“Müharibəni dayandır, Ukraynadan çıx” - NATO-dan Putinə çağırış
16-03-2015, 17:45
Həftəlik ulduz falı
24-03-2015, 15:26
Bayatılar
14-07-2016, 00:09
Neslihanla Kadirin toyundan pərdəarxası görüntülər - FOTOLAR
9-01-2016, 01:16
Zəlimxan Yaqubun xəstəliyi şiddətlənir
31-01-2017, 12:40
Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı
19-06-2016, 18:45
Hemilton Bakı trasında rekord vurdu
22-04-2021, 19:05
Azərbaycanda yeni mərkəz yaradıldı - Nazirlər Kabinetindən QƏRAR