Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlqar Məmmədov həbsdə qaldı
Tarix: 29-04-2016 | Saat: 18:30
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İlqar Məmmədov həbsdə qaldı


Bu gün Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən prosesdə vəkillər İlqar Məmmədov və Tofiq Yayublu barəsində olan hökmlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

İlqar Məmmədov və Tofiq Yaqublu da barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Bundan sonra məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ. Məmmədov və T. Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___