Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur"
Tarix: 29-04-2016 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur"

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin I müavini Vilayət Eyvazovun çıxışından sonra deputatların müzakirəsi başlayıb. Fazil Mustafa bildirib ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatında bir çox işlər göstərilməklə yanaşı, təşəbbüslər və təkliflər operativ şəkildə həllini tapmalıdır:
“Yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur. Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir.
Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır.
Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğurdan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması olduqca vacibdir.
Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün,Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür.
Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar. Həmçinin azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarısını almaq üçün vacib işlərdən olacaq.
Rusiya, İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır”


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___