Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Tarix: 28-04-2016 | Saat: 18:06
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə oftolmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93–cü ildönümünə həsr olunmuş elmi-praktiki konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, “Gəncənin Səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və səhiyyə işçiləri iştirak ediblər.

"Xəbəraz.az " xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov «Denitalogiya elmi və Zərifə xanım Əliyeva», şəhər oftolmoloji xəstəxanasının baş həkimi, cərrah-oftolmoloq Azər Məmmədov «Akademik Zərifə Əliyeva Milli oftolmologiyanın banisidir». Oftolomoloji xəstəxananın cərrah-oftolmoloqu Tələt Nəbiyev «Akademik Zərifə Əliyeva və müasir gənclik» və həkim Ruhiyə Məmmədova «Akademik Zərifə Əliyeva dahilərin gözü ilə» mövzusunda məruzə ilə çıxış ediblər.

Digər çıxış edənlər həkimlər Roza Qafarova və Xalidə Sadıqova müdrik şəxsiyyət, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, əsl azərbaycanlı xanım, görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində daim yaşadığını bildiriblər.

Tədbir səhiyyə işçılərinin maraqlı diskussiyaları ilə davam edib.

Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto


Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___