Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik BMT ilə müqavilə imzaladı - Foto
Tarix: 28-04-2016 | Saat: 16:06
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Nazirlik BMT ilə müqavilə imzaladı - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb.

"Xəbəraz.az " xəbər verir ki, nazir Səlim Müslümov layihənin Azərbaycanda işsizlik səviyyəsinin azaldılması və texnologiyaya əsaslanan kiçik və orta sahibkarlığın inkişafında önəmli rol oynayacağını bildirib.

“2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə və Masallıda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq. Həmin şəhər və rayon üzrə məşğulluq mərkəzlərində qeydiyyata alınmış işsiz şəxslər bu kurslara cəlb ediləcək və hər bir təlim kursu zamanı iştirakçıların xüsusi ehtiyacları üzrə onlara əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyalar da keçiriləcək”, - S.Müslümov deyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayirAxar.az

Nazirlik BMT ilə müqavilə imzaladı - Foto


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
11-02-2017, 01:53 Bağdadda TERROR - 9 ölü
25-06-2019, 17:14 Koçaryan həbs edildi

bütün xəbərlər
____ Instagram ___