Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə parlamentində dava: millət vəkilləri terrorçularla əlbəyaxa - VİDEO+FOTO
Tarix: 28-04-2016 | Saat: 12:23
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Türkiyə parlamentində dava: millət vəkilləri terrorçularla əlbəyaxa - VİDEO+FOTO
Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən müzakirələrdə Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında əlbəyaxa dava olub.

"Xəbəraz.az "Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ölkənin cənubi-şərqində PKK terror təşkilatına qarşı aparılan əməliyyatlarda dinc sakinlərin öldürülməsi iddiası olub.

HDP-nin Şırnakdan olan millət vəkili Fərhad Ençü əməliyyatları tənqid edib və təhlükəsizlik əməkdaşlarının vətəndaşları qətlə yetirdiyini iddia edib. Ençünün çıxışına AKP-dən olan millət vəkilləri sərt reaksiya verib və hətta bəzi AKP-lilər kürsüyə çıxıb.

Bəzi AKP-lilər isə Ençüyə “terrorçu” deyə qışqırıblar.

Aralarında qadınlar da olan HDP-li vəkillər çıxışına yekun vuran Ençünü qorumaq üçün kürsüyə yaxınlaşıb. Nəticədə kürsü yaxınlığında AKP-lilərlə HDP-lilər arasında qarşıdurma yaranıb.
Türkiyə parlamentində dava: millət vəkilləri terrorçularla əlbəyaxa - VİDEO+FOTO





Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___