Ağır qəzada iki nəfər öldü, yaralı var
Tarix: 28-04-2016 | Saat: 09:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Kanal S (Region TV) xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 120-ci kilometrliyində, Oğuzun Bucaq kəndi ərazisində ağır yol qəzası baş verib
Hadisə nəticəsində 90 NC 945 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü, Oğuzun Malıx kənd sakini Abbasov Rövşən Kamal oğlu idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Kərimov Məhyəddin Nəriman oğlu hadisə yerindəcə keçiniblər. Avtomobildə olan digər sərnişin, 1988-ci il təvəllüdlü Allahverdiyev Elşən Əhliyad oğlu ağır yaralanıb. Deformasiyaya uğramış avtomobildən meyitləri və yaralını çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Onlar əzilmiş avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verilib. Meyitlər müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib. Yaralı isə əvvəlcə Oğuz Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya ilkin səbəb kimi idarəetmənin itirilməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
5758 dəfə oxunub.
Digər xəbərlər

12-07-2016, 00:47
Mahmudov, Çovdarov və digərlərinin mülkləri, obyektləri kimə qalacaq...
11-08-2017, 12:08
Çoban idi, indi toylarda oxuyur - Video
13-10-2017, 14:32
İkili standart, islamofobiya, haqq və ədalətdən uzaq bir davranışdır.
29-04-2016, 18:35
Aktrisamız Türkiyədə ödülə namizəd oldu
13-04-2015, 22:25
Dünyanın ən gənc anasın, Tanımayanlar tanısın
2-05-2021, 18:30
"Restoranda 60 nəfər bir-birinin ağzının içində oturur"
6-12-2016, 14:45
Nazir müavini yeni attestatlar barədə: "Elə şagirdlər var ki..."
21-10-2023, 18:24
“Sevgilimdən ayrıldım” - Pərvin
9-06-2015, 13:02
Bakıda Nissan Maxima yarı qiymətinə satıldı
22-09-2017, 10:11
Yeməkdən sonra pendir yeyin ki... - FAYDASI