Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədən Bakıya çirklənmiş ət gətirildi - Foto
Tarix: 27-04-2016 | Saat: 18:39
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər


Bərdədən Bakıya çirklənmiş ət gətirildi - Foto
Bərdə rayonundan Bakı şəhərinə satış məqsədilə gətirilən ətlərin müayinəsi başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Axar.az-a verilən məlumata görə, aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd keçirilib.

Reyd zamanı Bərdə rayonundan paytaxta gələn Mustafayev Ramin Fuad oğlunun idarə etdiyi "Mersedes C-230" markalı "99 FL619" dövlət nömrə nişanlı avtomobil Qaradağ rayonunda Dövlət Yol Polisi postunda saxlanılıb və baxış keçirilib.

Baxış zaman minik avtomobilində 140 kq miqdarında mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan heyvan cəmdəkləri aşkar olunub.

Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 6 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Bərdə rayonundan Bakı şəhərinə gətirilən ətlərin aqoniya vəziyyətində və öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması aşkar olunub.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Bərdə rayonundan gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Bərdədən Bakıya çirklənmiş ət gətirildi - Foto


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___