Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MKİ-nin “kölgəsi” Qarabağ savaşını şərh etdi
Tarix: 27-04-2016 | Saat: 17:47
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

MKİ-nin “kölgəsi” Qarabağ savaşını şərh etdi
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən diplomatik görüşlər diqqət çəkir. Hələ 2-5 aprel döyüşlərindən sonra Rusiya baş naziri Dmitri Medvedev İrəvana və Bakıya səfər etdi. Xarici işlər naziri Sergey Lavrov dövlət katibi Con Kerri ilə telefon danışığı apardı. Aprelin 13-də Prezident İlham Əliyev İstanbula baş çəkdi.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yazıb.

Mərkəz yazır ki, aprelin 5-də atəşin dayandırılmasından sonrakı həftələrdə də siyasi manevrlər zəifləmədi: “Serj Sarkisyan Dağlıq Qarabağa səfər etdi. Aprelin 21-də Lavrov İrəvana səfər edərək, Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyanla görüşdü. Lavrov İrəvanda hərbi hərəkətlərə görə Türkiyəyə qarşı da ittiham irəli sürdü. Maraqlıdır ki, bu səfərdən sonra aprelin 27-də Ərdoğan Bakıya səfər edərək İlham Əliyevlə şəxsi təmaslar qurdu”.

Mərkəz qeyd edir ki, səfərlərin zəncirvari davamı Qafqazın geosiyasi mürəkkəbliyinə fon verir.

“Aprel döyüşlərində Azərbaycan mövcud status-kvonu uğurla yoxlamağı bacardı. Amma rəsmi Bakı imkanlarının olmasına baxmayaraq, böyük müharibəyə girmədi. O, daha çox bununla regional oyunçuların diqqətini münaqişəyə cəlb edə bildi. Əslində bu, münaqişənin sülh yolu ilə həlli perspektivlərinin gündəmə gətirilməsi baxımından rəsmi Bakının daha geniş strateji maraqlarına uyğundur. Həqiqətən də, ən böyük xarici güclər Cənubi Qafqaza diqqət yetirir. Azərbaycan prezidentinin köməkçiləri münaqişənin həlli ilə bağlı Rusiyanın vasitəçiliyini dilə gətirdilər. Məlumatlara görə, Moskvanın planında müəyyən ərazilərin qaytarılması və Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi, daha sonra referendum haqda düşünmək var. İndiyə qədər Ermənistan və Azərbaycan 2007-ci ildə qəbul olunan Madrid priniplərindən danışır. Bu prinsip 2011-ci ildə yenilənmiş formada “Kazan düsturu” adını aldı. Amma tərəflər son anda razılaşa bilmədilər. Ermənistan indiyə qədər sona qədər danışıqları davam etdirməkdən boyun qaçırır. Son günlər davam edən prosesdə də eyni mənzərə müşahidə olundu. Sarkisyan aprelin 25-də dolayısı ilə sülhdən imtina etdiklərini bəyan etdi”, - deyə məqalədə bildirilir.

“Stratfor” yazır ki, əgər Ermənistan Moskvanın müəyyən əraziləri qaytarmaq tələbinə razılaşsa belə Qarabağda status-kvonun dəyişməsinə qarşı olacaq: “Bu, faktiki olaraq İrəvan hakimiyyətinə daxili təhlükə yaradır”.

Məqalədə o da qeyd olunur ki, Rusiyanın regionda status-kvonu dəyişmək istəyi də mübahisəlidir: “Moskvanın daha çox idarəolunan münaqişədə maraqlı olduğu görünür. Çünki bu ssenari Rusiyanın hər iki ölkəyə təsir imkanlarını gücləndirir. Qarşıdakı günlərdə Dağlıq Qarabağ münaqişəsi üzrə diplomatik fəaliyyətin səviyyəsi daha yüksək olacaq. Regional aktyorlar tərəfləri sülh danışıqlarına qayıtmağa məcbur etməyə cəhd göstərəcəklər. Lakin münaqişənin bütöv, yaxud müəyyən qədər həlli yaxın günlərdə görünmür. Nəticədə Dağlıq Qarabağda hərbi toqquşmalar intensiv olaraq müşahidə olunacaq”.


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___