Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamımız bu əzab-əziyyəti anlamalıyıq…” - Mehriban Əliyeva
Tarix: 27-04-2016 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Hamımız bu əzab-əziyyəti anlamalıyıq…” - Mehriban Əliyeva
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini davam etdirir.

“"Xəbəraz.az "in forumda iştirak edən əməkdaşı xəbər verir ki, “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasın açılışında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib:

“1993-cü illərdə Qarabağ və 7 rayon işğal olundu. Lakin biz ən zəngin insan kapitalımızı qoruya bildik. Bizim tanınmış soydaşımız olan Rastropoviç 90-cı illərin sonlarından bəri hər il Azərbaycana səfər edirdi, qaçqın soydaşlarımız üçün master-klasslar təşkil edirdi. Bütün dövlət qurumları fəaliyyətini dayanmadan davam etdirirdi. Gündəlik işlərimiz bizim ürəyimizdə sabah üçün ümid yaratdı. Bu, insanların ən effektiv sosial adaptasiya üsulu idi. Sonradan hökumət çadır düşərgələrini ləğv etdi, yaşayış məntəqələri yaratdı, iş yerləri təmin edildi, həmin insanlar müasir təhsillə də təmin edildilər. İnsan özünü qaçqın statusunda hiss etdikdə fərdi identiklivliyini itirir, yaşlı insanlar ancaq öz doğma yerlərində rahatlıq tapırlar. Hesab edirəm ki, hamımız bu əzab-əziyyəti anlamalıyıq. İstəyirik ki, bu problem özünün uzunmüddətli həllini tapsın və insanlar öz yerlerinə qayıtsınlar. Suriya, Əfqanıstan, Qarabağdan qaçqın düşən , fiziki itkilərlə üzləşən qəlblərin bərpası daha çox vaxt aparır. Artıq dünyada yeni münaqişə episentrləri yaranmasın. Ən az hər bir insan digərlərinin ağrılarına şərik olmalıdır. Heydər Əliyev Fondunun layihələri haqda danışmaq istərdim. Məsələn, 2005-ci ildə dövlət məktəblərinin bərpası ilə işə başladıq və bu daha sonra hökumət tərəfindən dəstəkləndi”.

Birinci xanım daha sonra uşaqların sosial inteqrasiyasına yönəlmiş layihələrdən bəhs edib. O bildirib ki, fond uşaq evlərini təmir edib, beynəlxalq müsabiqələrdə iştiraklarını, istirahətlərini təmin edib. Mehriban Əliyeva bildirib ki, bu gün ölkədə 570 min əlil insan var, onların 67 mini uşaqlardır:

“Bu cür kateqoriyada insanlar cəmiyyətdə baryerlərlə üzləşirlər. Əlil uşaqların təhsili normal uşaqlara pararlel aparılmalıdır. Hazırda 366 əlil uşaq inkluziv təhsil alır. Gözdən əlil inanların informasiya texnologiyasına çıxışını təmin etmək üçün şərait yaradılıb, daundan əziyyət çəkənlər üçün mərkəzlər açılıb.

Azərbaycan çoxmillətli, çoxdilli ölkədir. Etnik torenatlıq dünyada demokratiyanın vacib sütunudur. Ölkəmizdə 300 dini icma var. Qırmızı qəsəbədə dağ yəhudiləri kompakt şəkildə yaşayır. Fikrimcə, mühüm nailiyyətlərdən biri cəmiyyətdə yüksək tolerantlığın təmin edilməsidir. Ölkəmizdə bir çox həll olunmamış problem var. Bununla belə uğurlarımıza baxdıqda gələcəyi nikbin görürük”.


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___