Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ankara “Ələvi acılımı”na hazırlaşır
Tarix: 27-04-2016 | Saat: 14:46
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ankara “Ələvi acılımı”na hazırlaşır

Avropa İnsan Haqları Məhkəməsi Ələviliyin rəsmi status alması ilə bağlı qərar verdi; Ələvilik araşdırmaçısı Həsən Yücəl Başdəmir deyir ki, “Ələvi paketi” baş nazirin masası üzərindədir

Avropa İnsan Haqları Məhkəməsi Türkiyədə Ələvi icmaların hüquqi statusu ilə bağlı qərar verib. Qərarda qeyd olunur ki, Ələvi inancına mənsub Türkiyə Cümhuriyyəti vətəndaşları ibadət yerlərini, yəni Cəmevləri və bu yerlərin saxlanması dövlət tərəfindən təmin olunacaq. Eyni zamanda, ələvi din adamları Türkiyədə din xadimlərinin haqlarından faydalanacaq, dövlət büdcəsindən maaş alacaqlar.

Əl-Cəzirə telekanalının məlumatına görə, qərarda qeyd olunur ki, “dövlət dini inanclara qarşı tərəfsizlik prinsiplərinə zidd davranır və dini ictimai xidmət sektoruna müdaxilə edib”. Qərarda həmçinin Türkiyə dövlətinin Avropa İnsan Haqları Konvensiyasının 9 və 14-cü bəndini pozduğu qeyd olunur.

Qeyd edək ki, uzun zamandır Türkiyədə müzakirə və debatların mövzusu olan Ələvilik inancının hüquqi statusu məsələsi 2013-cü ildə Avropa Məhkəməsinə daşınıb. “İzzət Doğan və 202 vətəndaşın şikayəti” 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Müraciətlə bağlı məhkəmə prosesi 2015-ci il iyunun 3-də başlayıb. Yeri gəlmişkən, bir qədər əvvəl Avropa Məhkəməsi Türkiyədə din dərsləri mövzusunda da qərar verib. Bütün bunlarla bağlı son illərdə Türkiyənin dövlət və hökumət qurumları digər dini qrupların, o cümlədən böyük icmaya sahib olan Ələviliklə bağlı müzakirələr keçirir. Hökumət Ələviliyə hansı hüquqların verilməsi, statusun müəyyən olunması və bunun icra mexanizmlərinin hazırlanması ilə bağlı çoxlu sayda dinləmələr, konfranslar həyata keçirib. İndi isə Avropa Məhkəməsi məsələ ilə bağlı qərarını verib. Ankara bundan sonra hansı addımları atacaq, məhkəmə qərarına riayət edəcəkmi? Ələvilərin hansı haqları təmin olunacaq?

Türkiyədə dünyəvilik, din azadlığı və Ələvilik mövzusunda araşdırmaların müəllifi, İldırım Bəyazid Universiteti dekan yardımçısı, dosent Həsən Yücəl Başdəmir deyir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını də əhatə edən islahat paketi bir qədər əvvəl hazırlanıb və hazırda baş nazir Əhməd Davudoğlunun masası üzərindədir. Ekspertin fikrincə, hökumət Avropa Məhkəməsinin qərarlarını icra edəcək. Çünki daha öncədən məhkəmə qərarında qeyd olunan məsələlərlə bağlı mövzularla bağlı işlər çox öncədən görülməyə başlamışdı: “Sadəcə daxili siyasi vəziyyət və terror səbəbindən bu paket hələ açıqlanmayıb. Hökumətin hazırladığı paket Avropa Məhkəməsinin qərarında göstərilən bütün müddəaları əhatə edir. İslahat paketi yalnız Diyanət Başqanlığı ilə bağlı hissəni əhatə etməyəcək. Hökumətin layihəsinə görə, ələvi icmalarına dövlət dəstəyi Diyanət Başqanlığı xətti ilə deyil, Baş Nazirliyə bağlı xüsusi qurum vasitəsilə həyata keçiriləcək. Yəni bir müddət “Ələvi Diyanəti” şəklində bir qurum fəaliyyət göstərəcək”.

H.Y.Başdəmir deyir ki, sonuncu məsələ Diyanət Başqanlığının statusu ilə bağlıdır. Bu mövzuda hökumətin qanun dəyişikliyinə getməsi indiki dövrdə elə də asan deyil. Bu səbəbdən də ölkə daxilində Diyanət Başqanlığının statusunun dəyişdirilməsi yaxın zaman üçün real görünmür: “Hazırda Diyanət Başqanlığı Avropada Ələvi dədələrinə (din xadimləri) maaş verir. Yəni nəzəri baxımdan qanunları dəyişib Türkiyədə də edə bilər. Amma hazırkı hökumətin Ələvi islahatı paketində belə görünmür. Paketdə maaşların Baş Nazirlik yanında xüsusi qurum tərəfindən verilməsi təklif olunur”.

Çox güman ki, qarşıdakı aylarda hökumət Ələvi paketini açıqlayacaq. Ekspert deyir ki, yalnız din dərsləri mövzusunda yəqin ki, fərqli qərar olacaq. Çünki Avropa Məhkəməsi hələ ötən il din dərslərinin ləğvinə qərar verib. Ankara isə dərslərin məcburi deyil, seçməli olması ilə bağlı qərar verəcək.


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___