Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Bakı İrəvanı atəşkəsə çağırdı
Tarix: 27-04-2016, 13:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Bakı İrəvanı atəşkəsə çağırdı


BMT-nin Sivilizasiyalar Alyansın Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqeləri və ərazidə sıx yaşayan mülki insanlar və obyektləri ağır atəş vasitələri, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmaqda davam edib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir.

Onun sözlərinə görə, Ermənistanın bu əməlləri nəticəsində xüsusilə Tərtər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib.

"Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Ki Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib.

Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında Nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərərgah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib.

Məktubda Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququnun norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəs ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb", - bəyanatda bildirilib.

3138 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
19-03-2016, 10:00 Astroloji proqnoz - 19 mart

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___