Əli Həsənov: “Acı həqiqəti qəbul etməliyik…”
Tarix: 27-04-2016 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük geniş sürətdə yayılıb.
Report-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ektremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında deyib.
Ə.Həsənov qeyd edib ki, həm keçmiş sovet respublikalarında, həm də Yaxın Şərqdə olan münaqişələr, etnik təmizləmə, tarixi və dini abilərə qarşı vandalizm aktları ilə müşahidə olunur:
“Bugünkü sessiyada zorakı esktremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir. Bəzi hallarda bu, siyasi rejimlər tərəfindən edilir. Bəzi hallarda da bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Son 20 ildə baş verən münaqişələrlə bağlı media orqanlarında fərqli baxışları müşahidə edirik. Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və “xristian qardaşlığı” kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük. Burada münaqişənin təşəbbüskarı “qurban” kimi təqdim edilir. Ermənistan mediası türkfobiya təbliğatı aparır”.
O bildirib ki, Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğat aparır:
“Ermənistanın keçmiş və indiki rəhbərləri iki xalqın birgə yaşamasının qeyri-mümkünlüyü ilə bağlı absurd fikirlər bildirirlər. Rəsmi Ermənistan qurumları media vasitələrinin yaradılmasına cəlb edilir. Bu istiqamətdə təbliğat aparırlar”.
Ə.Həsənov Azərbaycanın demokratik, dünyəvi bir dövlət olduğunu hökumətin vətəndaşlara bərabər hüquqları tanıdığını qeyd edib.
“Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir. Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”, - Ə.Həsənov vurğulayıb.
Xəbəri paylaş
7248 dəfə oxunub.
Digər xəbərlər

26-06-2022, 12:22
Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!
9-08-2017, 22:55
İstifadəsiz qalan quyudan neft çıxdı: insanlar təşvişdə - VİDEO
5-11-2016, 20:05
Adrian Pit Bakıda - Bağlanan bankdakı pulunu almağa gəlib
13-11-2018, 11:26
Gündüz saatlarında hava yağmursuz keçəcək
1-08-2015, 13:42
Bu ərazilər azərbaycanlılara veriləcək - XƏRİTƏ
2-08-2019, 12:32
Bakıda lombarda basqın oldu - FOTO
1-03-2016, 16:24
Evdən qaçan gəlindən xəbər var - TƏFƏRRÜAT - ÖZƏL
7-06-2021, 02:59
Rus sülhməramlıları Qarabağda antiterror əməliyyatı keçirir: - 10-dan ÇOX HƏBS OLUNAN VAR
30-04-2017, 13:39
Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: "Atam yatdı ayılmadı"
11-06-2015, 18:07
İŞİD terror təşkilatı Liviyanın şimalındakı Sirt şəhərini ələ keçirib.