"Formula 1" biletlərinin satıldığı yeni məntəqələr açıldı
Tarix: 26-04-2016 | Saat: 22:54
Bölmə:Karusel / İqtisadiyyat / İdman | çapa göndər
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.
"Xəbəraz.az " xəbər verir ki, Park Bulvar alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda - 28 Mall və Port Baku Mall ticarət mərkəzləri, F1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yeni bilet satışı məntəqələrini istifadəyə verib. Hər gün fəaliyyət göstərəcək bu məntəqələr Park Bulvar, 28 Mall və Port Baku Mall alış-veriş mərkəzlərində 10:00-22:00, F1 Əyləncə Zonasında 12:00-22:00 və Bakı Su İdmanı Sarayında 12:00-20:00 saatları ərzində açıq olacaq.
Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.
Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.
Qeyd edək ki, yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. Sadəcə cümə günü üçün bileti olanlar ancaq Kris Braunun konsertində iştirak edə biləcək. Kris Braunla yanaşı digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

3-05-2016, 11:49
Türkiyə AB ilə viza rejimini ləğv etdi
16-03-2019, 04:10
Bakıda Mauro Kordanın sərgisi açıldı - Foto
6-04-2015, 12:51
Azərbaycanda daha bir bank açılır
27-06-2016, 19:43
İndiyə qədər görünməmiş butulka ixtira olundu
31-01-2022, 12:26
“Karapapak Fight Club”-dan növbəti peşəkar boks gecəsi
1-02-2022, 18:46
Məşhur fotoqrafdan tükürpədici foto: "Ana qızını satır"
4-04-2017, 17:14
Bütün dünya bu sevgililərdən danışır - fotolar
21-07-2017, 00:16
Məşhur müğənni özünü asdı - FOTO
4-10-2016, 16:13
Xəzər dənizinin içi ilə çəkilən yoldan ən son görüntülər FOTOLAR
26-03-2015, 16:03
Məsciddə idman etdilər Video