Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir xarici ölkə nümayəndələri ilə görüşdü - Yeniləndi
Tarix: 26-04-2016 | Saat: 21:19
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Nazir xarici ölkə nümayəndələri ilə görüşdü - Yeniləndi

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuçərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə Dövlət naziri xanım Şeyxə Lubna Əl Qassimi ilə görüşüb.

"Xəbəraz.az "Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişafından, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğundan razılıq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd edib.

Xanım Şeyxə Lubna Al Qassimi Bakıda keçirilən VII Qlobal Forumun işini yüksək qiymətləndirib.

Tərəflər hər iki ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və avia reyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət etdiyini bildiriblər.

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub, müxtəlif layihələr üzrə birgə sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21:12

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Brüney Krallığının Xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

Nazir Cok Senq Lim tədbirdə iştirak edən Brüney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan və Brüneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıblar.

***

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniyanın xarici İşlər nazirinin müavini Killike Silaste-Ellinqi qəbul edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamasalınması və hazırkı vəziyyəti barədə məlumat verən nazir Elmar Məmmədyarov, diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəldib. Nazir bildirib ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə ve qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Nazir qeyd edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə həmçinin, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübadiləsi aparılıb və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Maykl Kristides ilə görüşüb.

Görüşdə təəssüflə qeyd edildi ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrasturukturuna dair məlumat verib.

Baş katib Maykl Kristides bildirdi ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir xarici ölkə nümayəndələri ilə görüşdü - Yeniləndi


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___