Oqtay Əsədov Tokayevlə görüşdü
Tarix: 26-04-2016 | Saat: 21:11
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Milli Məclisin sədri Oqtay Əsədov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Xəbəraz.az " Milli Məclisin saytına istinadən xəbər verir ki, O. Əsədov bildirib ki, Azərbaycan Qazaxıstanla münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verir. İki ölkə arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən sədr hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev prezident İlham Əliyevlə keçirdiyi görüşdən və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Qazaxıstan Azərbaycanla bütün sahələrdə, o cümlədən siyasi sahədə münasibətlərin həmişə yüksək səviyyədə olmasına böyük önəm verir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu barədə danışan qonaq forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını söyləyib və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib.
Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

14-05-2016, 00:09
İŞİD "Real Madrid"ə hücum etdi: 16 ölü
31-01-2018, 10:29
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
16-06-2016, 17:29
İspaniyada rus casusu tutuldu
3-12-2017, 10:52
Cəbhədən SON XƏBƏR
19-08-2016, 14:22
Aparıcı Samiradan Rövşən Lənkəranskinin ölüm xəbərinə - REAKSİYA - FOTO
31-07-2016, 10:53
Sefilyan: “Mən prezidentlə görüşməyincə binanı azad etməyəcəklər”
18-04-2015, 23:50
SƏLƏFİLƏR TƏŞVİŞƏ DÜŞÜB
26-12-2022, 14:42
Zakir Fərəcov imperatorluğu: bahalı obyektlər, vəzifəli qohumlar, milyonluq sərvətlər - SİYAHI
27-03-2016, 18:58
Belə geyim olar?! - FOTOLAR
5-04-2021, 23:58
Vilayət Eyvazov polis polkovnikinin vəzifəsini KİÇİLTDİ - ƏMR